Home Biznes və iqtisadiyyat xəbərləri DİN: Uşaqların satdığı salfetin içində narkotik olması barədə yalan məlumat yayan şəxslə...

DİN: Uşaqların satdığı salfetin içində narkotik olması barədə yalan məlumat yayan şəxslə bağlı materiallar məhkəməyə göndərilib

243
0
SHARE

Bakı, 10 fevral, AZƏRTAC

Daxili İşlər Nazirliyi küçələrdə uşaqların satdığı salfetin içinə narkotik vasitə qoyulması ilə bağlı sosial şəbəkələrdə əsassız məlumat yayan şəxslə bağlı yeni açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, sosial şəbəkə seqmentlərində yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı yalan məlumatlar yayan şəxs – Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.