Rusiya COVID-19 pandemiyası ilə əlaqədar beynəlxalq aviareyslərə tətbiq olunmuş məhdudiyyətləri aradan qaldırıb.
Bu barədə Rusiya Federal Hava Nəqliyyat Agentliyinin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, martın 9-dan etibarən Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və İrana müntəzəm və qeyri-müntəzəm uçuşlara tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb.
Qeyd edək ki, bundan əvvəl, müvafiq qərar Belarus, Türkiyə, Misir (Qahirə istisna olmaqla), BƏƏ və digər ölkələrlə bağlı qəbul edilmişdi.