ABŞ-ın Azərbaycanla ikitərəfli əlaqələri ən yüksək səviyyədədir.
TAN.AZ xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger brifinqdə deyib.
Diplomat qeyd edib ki, ölkələr arasında təmaslar yüksək səviyyədə davam edir.
ABŞ səfiri vurğulayıb ki, bu təmasları davam etdiriləcək, gücləndiriləcək.
“Həm davamlı sülhün əldə olunması, həm də yerdə qalan digər məsələlərin həlli üçün tərəflər əməkdaşlıq etməyə davam edəcək”, – Li Litzenberger əlavə edib.