Home Gündəm Azərbaycan və Qazaxıstanın beyin mərkəzləri əməkdaşlıq edəcək

Azərbaycan və Qazaxıstanın beyin mərkəzləri əməkdaşlıq edəcək

201
0
SHARE

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev və Mərkəzin aparıcı məsləhətçisi Nağı Əhmədov Qazaxıstanda səfərdə olub.

Mərkəzdən bildiriblər ki, səfər çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə Nur-Sultan şəhərində keçirilən Azərbaycan-Qazaxıstan Ekspert Şurasının növbəti iclasında iştirakla yanaşı, bir sıra beyin mərkəzləri ilə görüşlər də keçirilib.

Qazaxıstan Respublikası Xarici İşlər Nazirliyi Xarici Siyasət Araşdırmaları İnstitutu İdarə Heyətinin sədr müavini Amangeldi Tajenov ilə görüşdə son dövrlərdə regionda və dünyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycan-Qazaxıstan münasibətlərinin perspektivləri müzakirə edilib. Tərəflər gələcəkdə iki beyin mərkəzi arasında əlaqələrin davam etdirilməsi və birgə nəşrlərin həyata keçirilməsi barədə razılığa gəlib.

“Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasında baş tutan görüşdə baş katib Qaydar Abdikerimov ilə Orta Dəhlizin inkişaf ilə bağlı qarşıda duran çağırışlar və onların həlli yollarına dair fikir mübadiləsi aparılıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli ilə keçirilən görüşdə tərəflər türk dövlətlərinin elmi və akademik institutlarının əməkdaşlığının ümumi inteqrasiya proseslərinin vacib elementi olması haqqında ortaq qənaətə gəlib.