Home Gündəm Nazir: Laçın-Xankəndi yolunda NBM-in təsis edilməsi şəffaflığı və təhlükəsizliyi təmin edəcək

Nazir: Laçın-Xankəndi yolunda NBM-in təsis edilməsi şəffaflığı və təhlükəsizliyi təmin edəcək

142
0
SHARE

Nazir Ceyhun Bayramov Litva Respublikasının xarici işlər nazirinin müavini Mantas Adomenas ilə görüşü zamanı post‐münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı bərpa və quruculuq işləri, regionda nəqliyyat və kommunikasiyaların açılması, sülh gündəliyinin irəli aparılması istiqamətində göstərilən səylər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

TAN.AZ xəbər verir ki, görüşdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımların Ermənistanın qeyri-konstruktiv mövqeyi və davamlı təxribatları ilə üzləşdiyi qeyd edilib.

Laçın-Xankəndi yolunda qeyri-qanuni fəliyyət barədə ətraflı məlumat verilərək, Azərbaycan tərəfindən sərhəd-buraxılış məntəqəsinin təsis edilməsinin şəffaflığı və təhlükəsizliyi təmin edəcəyi vurğulanıb.