Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Parisdə “Əbədi məşəl”in önünə əklil qoyulub, Azərbaycanın Dövlət Himni səslənib.
TAN.AZ xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Tvitter səhifəsində bildirib.
“Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Parisin Yelisey Çölləri xiyabanındakı Zəfər Tağı altında “Əbədi məşəl”in önünə əklil qoyulub, Azərbaycanın Dövlət Himni səslənib. Yaşasın Müzəffər Azərbaycan Silahlı Qüvvələri!” – səfir paylaşımda qeyd edib.