Azərbaycan Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəkləyir.
TAN.AZ xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu gün Almaniya xarici işlər naziri Annalena Berboku qəbul edərkən bildirib.
Dövlət başçısı, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bu üç ölkə arasında əməkdaşlığın indiyədək mümkün olmadığını qeyd edib.