Home Gündəm BMT-nin baş katibi Bakı və İrəvanın münasibətlərin normallaşması ilə bağlı bəyanatını alqışlayıb

BMT-nin baş katibi Bakı və İrəvanın münasibətlərin normallaşması ilə bağlı bəyanatını alqışlayıb

93
0
SHARE

BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanın münasibətləri normallaşdırmaq niyyəti barədə birgə bəyanatını alqışlayır və bunun uzunmüddətli sülhün təmin olunmasına xidmət edəcəyinə ümid bəsləyir.

TAN.AZ-ın məlumatına görə, bunu BMT rəhbərinin rəsmi nümayəndəsi Stefan Düjarrik keçirdiyi brifinqdə deyib.

“Baş katib Ermənistan və Azərbaycanın birgə bəyanatını alqışlayır”, – deyə o bildirib.

“BMT tərəfləri bu sazişdən qarşılıqlı etimadı inkişaf etdirmək, xalqlarının və regionun rifahı naminə uzunmüddətli sülhü təmin etmək üçün istifadə etməyə təşviq edir”- Düjarrik vurğulayıb.