Home Gündəm Prezident İlham Əliyev: “Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf...

Prezident İlham Əliyev: “Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir”

77
0
SHARE

“İlk növbədə dəvətə və qonaqpərvərliyə görə, dostum Aleksandar Vuçiçə təşəkkürümü bildirmək istəyirəm. Yenidən gözəl ölkənizdə olmağımdan çox məmnunam”.

TAN.AZ-ın xəbərinə görə, bunu Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan interkonektorunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, keçən il Serbiyaya rəsmi səfər edib: “Bundan sonra Serbiya Prezidenti Azərbaycana səfər edib. Bu gün yenə sizin gözəl ölkənizdəyəm. Bu bir daha onu göstərir ki, Serbiya və Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf edir. Biz strateji tərəfdaşıq. Çünki strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanmışdır və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.

Əfsuslar olsun ki, Prezident Vuçiçə bu gün rəsmi tədbirdə çıxış etmək üçün müəyyən məhdudiyyətlər tətbiq edilib, onun qeyd etdiyi kimi, qəbul edilmiş qanuna görə. Ancaq buna baxmayaraq, bizim söhbət etmək üçün imkanımız olacaq. Sadəcə olaraq, onu bildirmək istəyirəm ki, bizim Aleksandarla şəxsi dostluq münasibətlərimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. O, ölkəsi üçün çox böyük işlər görür. Onun liderliyi ilə Serbiya uğurla inkişaf edir, müstəqil siyasət aparır. O siyasət ki, Serbiya xalqının və dövlətinin maraqlarına cavab verir. Biz də dostları kimi onun uğurlarına həmişə sevinirik və əməli addımlarla, konkret işlərlə ikitərəfli gündəliyimizi genişləndiririk”.

Qeyd edək ki, dekabrın 17-də Serbiyada parlament və bir sıra məntəqələrdə bələdiyyə seçkiləri keçiriləcək. Seçki ilə əlaqədar məhdudiyyət olduğundan Serbiya Prezidenti tədbirdə çıxış etməyib.