Böyük Britaniyanın Plimut şəhərində pabın qarşısında edilən hücumda ən azı dörd nəfər ağır bıçaqlandı.
Trend-in məlumatına görə, bu barədə “Sky News” telekanalı bildirib.
Məlumata əsasən, polis ötən gün axşam saat 22 radələrində hadisə yerinə çağırılıb. Yaralananlar ciddi, lakin həyati təhlükəsi olmayan bıçaq xəsarətləri alıblar.
Şübhəli bilinən 50 yaşlı kişi cinayət yerindən qaçsa da, daha sonra saxlanılıb.