Türkmənistan Xalq Şurası Konstitusiyaya dəyişikliklər və əlavələr barədə Konstitusiya qanununu təsdiq edib.
Trend-in məlumatına görə, qanuna əsasən, Türkmənistanda ikipalatalı parlamentin yaradılması nəzərdə tutulur.
Xalq Şurasının iclası ölkə prezidentinin rəhbərliyi altında virtual rejimdə keçirilib.
Ölkədə ikipalatalı parlamentin 2021-ci il yanvarın 1-dən yaradılması planlaşdırılır. Yeni parlament Milli Şura (Milli Gengeş) adlandırılacaq və Xalq Şurası və Məclisdən ibarət olacaq.
Hazırda Türkmənistanın birpalatalı Məclisi 125 deputatdan ibarətdir.