Rusiyanın Kamçatka yarımadasında güclü vulkan püskürməsi baş verib.
Trend-in məlumatına görə, Karımski vulkanı püskürmə nəticəsində 6 kilometr hündürlüyədək kül sovurub.
Qeyd olunur ki, kül buludu vulkandan 24 kilometr məsafəyədək yayılıb. Hazırda vulkanın davam edən aktivliyinin aşağıdan uçan təyyarələr üçün təhlükə törədə biləcəyi deyilir.