İspaniyada COVID-19 koronavirusunun yeni mutasiyası aşkar edilib.
Trend-in məlumatına görə, aparılan təhlillər onu göstərir ki, koronavirusun yeni ştammı son 4 ay ərzində geniş yayılıb.
Bu mutasiyanın ilk nümunələri iyul ayına aid olub.
Qeyd olunur ki, hazırda İspaniyada yayılan COVID-in 90 faizi məhz yeni ştamma aiddir.
Bundan başqa, həmin növ Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, Honq Konq, Yeni Zelandiya və Avstraliyada qeydə alınıb.