Home Cəmiyyət BOS Şelf kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyini davam etdirir

BOS Şelf kollektivi Silahlı Qüvvələrə Yardım Fonduna dəstəyini davam etdirir

359
0
SHARE

BOS Şelf şirkətinin işçi heyəti ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş müzəffər Milli Ordumuza dəstək məqsədilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 164 min manat vəsait köçürüb.

“Gözlərimizin önündə tarix yazılır, Azərbaycanın yeni gələcəyinin təməli qoyulur. Biz ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası münasibətilə bütün azərbaycanlıları təbrik edirik. Ordumuza və onun Ali Baş Komandanı cənab İlham Əliyevə çoxdan gözlənilən qələbə üçün minnətdarlığımızı bildiririk və vətənimiz uğrunda canından keçmiş igid oğulların ailələri qarşısında baş əyirik”, – deyə şirkətdən verilən məlumatda bildirilir.

Xatırladaq ki, bir müddət öncə BOS Şelf şirkəti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 1 milyon manat köçürmüşdür.

BOS Şelf-in orduya çağırılan hər bir işçisinə hərbi xidmətin sonunadək onların mövcud aylıq əmək haqlarının iki misli məbləğində ödəniş olacağı da bildirildi.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.