İranda ötən sutka ərzində 457 nəfər koronavirusdan (COVID-19) ölüb.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 40 121 nəfərə yüksəlib.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 11 517 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 726 585 nəfərə çatıb. Virus daşıyıcılarından 5 614 nəfərin vəziyyəti ağırdır.
Sadat Lari əlavə edib ki, İranda indiyədək 541 566 nəfər koronavirusdan sağalıb.
İranda indiyədək 5,38 milyondan çox diaqnoz testi həyata keçirilib.