Home Manşet İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir

İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir

364
0
SHARE

İşğaldan azad edilmiş iki kəndə yeni ad verilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib.

İclasda “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” və “Azərbaycan Respublikası Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında qanun layihələri” daxil edilib.

Layihələrə əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılır. Ölkəmizin Xocavənd rayonunun Çiraquz kənd inzibati ərazi dairəsi tərkibindəki Tsakuri kəndi Hünərli kəndi adlandırılır.