Home Siyasət Azər Badamov: Aratunyanın hədəsi ermənilərin gücsüzlüyünü sübut etdi”

Azər Badamov: Aratunyanın hədəsi ermənilərin gücsüzlüyünü sübut etdi”

687
0
SHARE

“Dağlıq Qarabağ”dakı qondarma rejimin başçısı Araik Aratunyanın Gəncəni vurmaqla hədəsi mənə uşaq vaxtı uşaqlar dalaşanda gücsüzün güclüyə uzaqda dayanaraq ayaqlarını bərk-bərk yerə döyərək qışqırmasını xatırladır”. Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

“Yəni, Aratunyan bu hədə ifadəsini işlətməklə ermənilərin gücsüzlüyünü və Azərbaycan ordusu qarşısında acizliyini bir daha sübut etdi. Çünki, vurmaq iradəsinə malik şəxs səsini çıxartmadan vurar. Aratunyan yaxşı bilir ki, bu gün Azərbaycan ərazisi ən müasir havadan müdafiə sistemləri ilə qorunur. Hətta Azərbaycanın səması üzərində uçan quşları görürük və vaxtında qərarımızı veririk. Son günlər məhv edilən düşmən PUA-ları da bunun sübutudur. Ermənilər zaman-zaman təxribatlar törədir və ordumuz tərəfindən ağır cavabını verərək yerində otuzdurulur. Bu təxribatların məqsədi həm danışıqlar prosesini uzatmaq, həm də Ermənistanın daxili audituriyasının başını aldatmaqla sakitləşdirmək xarakteri daşıyır. Sərhədlərimiz gecə-gündüz qorunur. Biz zamanı gözləyirik ki, torpaqlarımızı azad edək. Buna həm ordumuzun gücü, insanların döyüşmək istəyi və Ali Baş Komandanımızın siyasi iradəsi tam imkan verir”, – deyə, deputat fikrini tamamlayıb.