“SpaceX”in qurucusu Elon Mask yaxın altı ildə insanları Marsa göndərəcəyini vəd etdi.
Trend-in məlumatına görə, bu barədə sahibkar Berlində Aksel-Şpringer mükafatının təqdimatı tədbirində bildirib.
“Yüksək bir ehtimalla, altı il içində bunun həyata keçiriləcəyini düşünürəm. Şanslıyıqsa, bəlkə də dörd ildən sonra” – Mask deyib.
O qeyd edib ki, artıq yaxın iki il ərzində Marsa komandasız kosmik gəmisini göndərmək planlaşdırılır.