Meksikanın Oaxaka ştatının sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Milli Seysmoliji Xidməti bildirib.
Yeraltı təkanların ocağı 53 kilometr dərinlikdə, episentri isə Salina-Krus şəhərindən 64 kilometr cənub-qərbdə yerləşib.
Dağıntılar və insan tələfatları barədə məlumat verilməyib, hakimiyyət orqanları sunami xəbərdarlığı verməyiblər.