Moldovanın Baş naziri İon Kiku koronavirusa yoluxub.
Trend-in məlumatına görə, bu barədə hökumət başçısının mətbuat katibi Boris Xarya öz “Facebook” səhifəsində yazıb.
B.Xarya bildirib: “COVID 19 virusu üçün xarakterik olan bəzi simptomların ortaya çıxması səbəbindən Baş nazir İon Kiku müvafiq test keçirib. Test müsbətdir. Baş nazir vəzifələrini məsafədən icra etməyə davam edəcək”.