Azərbaycanda şəhid ailələrinə və müharibə əlillərinə dövlət dəstəyindən əlavə qayğının göstərilməsi ilə bağlı “YAŞAT” fondunun yaradılması mühüm əhəmiyyət kəsb edir.
Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin bu gün keçiriən iclasında deyib.
S.Qafarova bildirib ki, bu fondun yaradılması xalqımızın biriyinin göstəricisidir: “Mən Milli Məclisin deputatlarını, Aparatın və İşlər İdarəsinin əməkdaşlarını bu nəcib təşəbbüsə qoşulmağa dəvət edirəm”.