Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 220 nəfər dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 15 751 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə son sutkada 6 213 yeni yoluxma halı qeydə alınıb, 5 846 nəfər koronavirusdan sağalıb.
Nazir bildirib ki, hazırkı dövrədək koronavirusdan sağalanların ümumi sayı 452 593 nəfər təşkil edir.