Home Dünya xəbərləri Saakaşvilinin Gürcüstanın baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb

Saakaşvilinin Gürcüstanın baş naziri vəzifəsinə namizədliyi irəli sürülüb

526
0
SHARE

Gürcüstanda “Güc birlikdədir” müxalif birliyi sabiq prezident Mixail Saakaşvilinin gələn ay keçiriləcək parlament seçkilərində baş nazir vəzifəsinə namizədliyini irəli sürüb.

Trend-in məlumatına görə, bu barədə “Vahid Milli Hərəkat” partiyasının lideri Qriqol Vaşadze brifinq zamanı deyib.

Bununla əlaqədar olaraq M.Saakaşvilinin bu gün axşam saatlarında açıqlama verməsi gözlənilir.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 31-də keçiriləcək.