Sentyabrın 27-də səhər saat 6 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan tərəfə atəş açıb növbəti təxribatı törədib. Mülki şəxslər arasında ölən və yaralananlar var. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-əməliyyata başlayıb.
Trend-in məlumatına görə, bunu bu gün Xarici İşlər Nazirliyində keçirilən mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu hadisədən sonra Prezident Azərbaycan xalqına müraciət etdi: “Xarici İşlər Nazirliyi bu barədə beynəlxalq təşkilatları məlumatlandırıb və bəyanatlar yayıb”.