Home Manşet Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir – PA rəsmisi

Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir – PA rəsmisi

579
0
SHARE

Azərbaycan Silahlı Qüvvələri əməliyyatları çətin şəraitdə davam etdirir.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycan Ordusu düşmənin uzunmüddətli istehkamını məhv edir:

“Çünki 30 il ərzində düşmən beton istehkam sistemləri qurub. Onlar 8-10 metr dərinlikdə beton istehkam sistemlərində gizlənib. Azərbaycan hərbçiləri bu çətin şəraitdə addım-addım irəliləyir. Azərbaycan əsgəri bu çətin relyef şəraitində düşmənin mövqelərini darmadağın edir, torpaqlarımızı azad edir”.