Home Manşet Heç bir siyasətçi indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha...

Heç bir siyasətçi indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha cəsarətli terrorçu ola bilməməkdə qınamayıb

633
0
SHARE

Ermənistanın keçmiş prezidenti son açıqlamasında sözün əsli mənasında özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib. Heç bir siyasətçi hələ indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb. Sarkisyan isə faktiki olaraq Paşinyanı yaxşı terrorçu olmamaqda , əsgərlərin kütləvi toplanma ərazilərinə, “iskəndər” raketi atmamaqda suçlayır. Bu azmış kimi Sarkisyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrini, qaz və neft boru kəmərlərini “iskəndər” raketlərilə vurulmamasını qəbahət və suç hesab edir. Eyni zamanda Gəncədə bir mülki obyektin digər mülki hədəflə səhv salınmasını qeyri-dəqiqlik hesab edir. Beləliklə də uzun illər Ermənistan adlandırılan dövlətin və onun rəhbərlərinin terrorçu düşüncə sahibləri olduğunu bütün dünyaya nümayiş etdirir. Elə bu gün də Ermənistanda revanş hissləri ilə yaşayanlar Sarkisyan-Koçaryan-Paşinyan terrorçuluğunun davamçılarıdır. Ona görə də qoy bütün dünya bir daha görsün ki, Azərbaycan uzun illərdir sadəcə işğalçı ölkə ilə deyil, həm də dövlət adı altında beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb. Əslində isə işğalçılarla bərabər həm də beynəlxalq terroizmin mərkəzlərindən birini məhv edib. O mərkəz ki, daima beynəlxalq enerji layihələrini də teror hədəfi kimi görüb. Sarkisyan öz açıqlamasında sadəcə fiziki terroru deyil, həm də siyasi terroru yaxşı bacardığını göstərir. Onun bu terroru isə daha çox öz xalqına yönəlmiş siyasi terordur. Erməni ictimai rəyini terrorizə edərək bildirir ki, guya ki, 2016-cı il aprel döyüşlərində Azərbaycan məğlub ediləcəyini başa düşərək atəşkəs haqqında qərar qəbul edib. Ancaq elə növbəti cümləsindəcə özünü təkzib edərək bildirir ki, o atəşkəs üçün Rusiyaya müraciət edib. Bax bu əsl siyasi terror nümunəsidir. Ona görə də Sarkisyanın bu müsahibədə səsləndirdiyi fikirlər kifayətdir ki, o terrorçu kimi mühakimə edilsin və dünyada anti-terror koalisiyasından danışanlar ilk növbədə Ermənistanın da adını terror təşkilatı kimi siyahıya daxil etsinlər.