Home Manşet “Qarabağ Azərbaycandır!” İndi bu reallıqdır

“Qarabağ Azərbaycandır!” İndi bu reallıqdır

612
0
SHARE

“Keçən ilin bu günlərində torpaq həsrəti ilə yaşayan insanlarımız ağıllarına belə gətirməzdilər ki, tez bir zamanda ata-baba yurdlarımız azğın düşməndən təmizlənəcək, əsarətdə olan rayonlarımızda üç rəngli bayrağımız dalğalanacaq və biz bütün dünyaya qürurla bəyan edəcəyik, “Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” İndi bu reallıqdır.” Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyev çətindən də çətin olan, müşkülə çevrilən bir işi həqiqətə çevirdi, dünyaya böyük əzm, cəsarət, hünər və öz siyasətinin qələbəsini nümayiş etdirdi.

“Şanlı ordumuzun zəfər döyüşü, xalqın birliyi, dost ölkələrin mənəvi dəstəyi sayəsində 44 gün ərzində erməni faşistləri tamamilə məhv edildi, diz çökdü. Azərbaycan Prezidenti, məğrur ordumuz, qəhrəman xalqımız nəyə qadir olduqlarını göstərdi, düşməndən qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

Cənab İlham Əliyev elə ilk gündən işğaldan azad olunmuş şəhər və kəndlərimizi gəzir, erməni faşistlərinin törətdikləri vəhşiliklərin bir daha şahidi olur, ərazilərin, tarixi-mədəni, dini abidələrimizin bərpası üçün lazımi tapşırıqlarını verir, təməlqoyma tədbirləri keçirir, mühüm layihələrin həyata keçirilməsinin istiqamətlərini müəyyənləşdirir. Ölkə rəhbərinin Fizuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri bu baxımdan uğurludur və sözsüz ki, gələcək işlərin, planların müvəffəqiyyətlə həyata keşirilməsinə hesablanmışdır.

Prezidentimiz qürurla qeyd edir: ”Yenə də azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası prosesi artıq başlamışdır”. Bu çağırış, bəyanat xalqımızı sevindirir və hər bir kəs inanır ki, ərazilərin bərpası uğurla başa çatacaq və uzun illər həsrətində olduğumuz Qarabağ torpaqları bir cənnətə çevriləcək, dünyanı heyran edəcəkdir”, deyə Tahir Rzayev bildirib.