Home Manşet Tahir Rzayev: İtirən Ermənistandır

Tahir Rzayev: İtirən Ermənistandır

466
0
SHARE

ABŞ prezidenti Baydenin qondarma erməni soyqrımını tanıması siyasi möhtəkirliyin nümunəsidir. Bu sözləri tan.az-a verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, bu bəyanat əslində Türkiyə, Azərbaycan, Ermənistan münasibətlərinin yaxşılaşmasına, münaqişələrin nizamlanmasına deyil, bu dövlətlər arasında ziddiyyətlərin kəskinləşməsinə xidmət edir.

“Amerika Cənubi Qafqazda qarşıdurmaların davam etməsində maraqlıdır və bundan illər boyu təsir vasitəsi kimi istifadə etmişdir. Bu gün erməni xalqının düşdüyü ağır vəziyyət heç də Baydeni maraqlandırmır, onu narahat edən bölgədə sabitliyin yaranması, Ermənistanın təsir dairəsindən çıxması, Türkiyənin regionda söz sahibinə çevrilməsi, güclənməsidir. Azərbaycanın müstəqil siyasət yeritməsi də ABŞ – ın maraqlarına cavab vermir.

Ermənistanı tamamilə Rusiyanın təsir dairəsindən çıxarmaq və belə bir saxta bəyanat verməklə erməni lobbisinin etimadını qazanmaq üçün edilən cəhdlər əslində erməni xalqına bir zərbədir, erməni millətçilərinin əxlaqını pozmaq, onları yeni münaqişələrə ruhlandırmaqdır. Bu bəyanatdan Türkiyə və Azərbaycan heç nə itirmir. İtirən dünyada demokratik imicinə böyük zərbə vuran Amerika, onun ermənipərəst prezidenti Bayden və bir də satqın, millətçi ermənistan rəhbərlərdirdir”, deyə Tahir Rzayev bildirib.