Home Cəmiyyət Ahıl şəxslər Hərbi Qənimətlər Parkında olublar (FOTO)

Ahıl şəxslər Hərbi Qənimətlər Parkında olublar (FOTO)

507
0
SHARE

Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinləri Hərbi Qənimətlər Parkında olublar.

Sosial Xidmətlər Agentliyindən Trend-ə verilən məlumata görə, Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsi sakinlərinin Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub.

Ziyarətçilər Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsi zamanı Şanlı Ordumuzun düşməndən qənimət kimi ələ keçirdiyi, eləcə də düşmənin məhv edilən ağır və yüngül silahları, hərbi texnikası ilə tanış olublar. Onlar hərbçilərimizin keçdiyi şərəfli döyüş yolunu xəyallarında canlandırıblar.

Müəssisənin yaşlı sakinləri parkdan qürur hissləri, xoş təəssüratlarla ayrılıblar.

Qarabağ Azərbaycandır!