Home Manşet Sədaqət Vəliyeva: Azərbaycan xalqı bundan sonra da “Dəmir yumruq” ətrafında sıx birləşəcək,...

Sədaqət Vəliyeva: Azərbaycan xalqı bundan sonra da “Dəmir yumruq” ətrafında sıx birləşəcək, düşmənçilik etmək istəyənlərə cavabını verəcək

241
0
SHARE

Prezident İlham Əliyevin Gəncəyə səfər etməsi, şəhərdə Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olması ilk növbədə Azərbaycan cəmiyyətinə, daha sonra isə Ermənistana bir subliminal mesaj idi. Yəni, nəinki Ermənistan rejimi, hətta ona havadarlıq edənlər başa düşməlidirlər ki, Azərbaycan tarix boyu törədilən soyqırımıları, terror aktlarını heç zaman unutmayacaq. Bəlkə də, bir çoxları ümid edirlər ki, Azərbaycan xalqı Xocalı soyqırımını, 30 illik işğalı, şəhərlərimizin, kəndlərimizin dağıdılmasını, məscidlərimizin təhqir olunmasını, Gəncə, Bərdə, Tərtər terror aktları unudacaq. Amma Azərbaycan xalqı nə qədər humanist olsa da, bu qanlı tarixi heç zaman unutmayacaq. Daim xatırlayacaq, bundan sonra da “Dəmir yumruq” ətrafında sıx birləşəcək, düşmənçilik etmək istəyənlərə cavabını verəcək. Düşünürəm ki, cənab Prezident İlham Əliyevin Gəncəyə səfəri zamanı Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olmasınıntnaltı mesajı bu cürdür”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin və xalqının şanlı tarixidir: Təsəvvür edin ki, Nadir şahın dövründən sonra Azərbaycan yalnız ərazilərini itirməklə tarixdə qalıb. Məhz, 200 ildən sonra ilk dəfə idi ki, Azərbaycan torpaqlarını geri qaytardı, azad etdi. 30 il idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı.44 günlük Vətən müharibəsi işğal altında olan bütün torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər, Qələbə qazanıldı, ədalət bərpa edildi. Aprel döyüşlərindən başlanan, 44 günlük Vətən müharibəsi ilə tarixi Qələbəyə çevrilən Zəfər salnaməsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

44 günlük Vətən müharibəsi Azərbaycanın haqq və ədalət savaşı idi” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Azərbaycan dövləti və xalqı uzun illər idi ədalətin bərpa edilməsi üçün çalışırdı: “Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Bu, bir tarixi hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz, 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı.Bir sözlə, Azərbaycan xalqı bundan sonra şanlı Ordumuzun və “bir qarış torpağımızı belə heç kəsə verən deyilik”, “Qarabağ Azərbaycandır!” deyən Müzəffər Ali Baş Komandanımızın sayəsində, ancaq Qələbə, Zəfər günlərini qeyd edəcək.