Home Cəmiyyət BANM-in müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil edilib (FOTO)

BANM-in müəllim-tələbə heyətinin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə ekskursiyası təşkil edilib (FOTO)

238
0
SHARE

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ali Neft Məktəbinin (BANM) müəllim-tələbə heyəti üçün Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə təcrübə-tanıtım səyahəti təşkil edib.

QSC-nin Ali Məktəblə təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq baş tutan səfər “AzerGold”un hasilat və istehsalat fəaliyyəti ilə əyani tanışlıq məqsədi daşıyır.

Əvvəlcə müəllim və tələbələrə müəssisə daxilindəki təhlükəsizlik qaydaları izah olunub, onlar xüsusi geyim dəstləri ilə təmin ediliblər. Daha sonra qonaqların filiz emalı sahəsinə ekskursiyası təşkil edilib. Müəllim və tələbələrə müəssisədə yaradılan iş şəraiti, qiymətli metalların hasilatı, emalı prosesi, laboratoriyanın iş prinsipi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, 30 mart 2021-ci il tarixində “AzerGold” QSC və BANM arasında əməkdaşlığa dair razılaşma sənədi imzalanıb. Sənədlərdə qarşılıqlı razılıq əsasında ölkə ərazisində metal filizi yataqlarının mineral xammal bazasının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və idarə olunması, bu sahədə yeni texnologiyaların tətbiqi üzrə ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulur.