Bakı. Çingiz Səfərli – Trend:
Avqustun 5-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 298 toy şənliyinin monitorinqini həyata keçirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, monitorinq 246 şadlıq sarayında, 52 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 83 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
– 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
– 3200 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Twitter:@cingizsafarli