Home Cəmiyyət Koronavirusun ən böyük zərəri kəskin böyrək çatışmazlığıdır – Həkim

Koronavirusun ən böyük zərəri kəskin böyrək çatışmazlığıdır – Həkim

243
0
SHARE

Bakı. Çingiz Səfərli – Trend:

Koronavirus xəstələrinin 7-10 faizində böyrəklərin zədələndiyi müşahidə olunur.

Trend xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov deyib.

Onun sözlərinə görə, böyrəklər koronavirusa qarşı çox həssasdır:

“Koronavirusu ağır keçirənlərin böyük qismi 30-78 yaş arası insanlardır. Müalicə zamanı gündəlik 20-25 tabletka dərmandan istifadə olunur. Bunların hamısı da orqandan böyrəklər, qara ciyər vasitəsilə xaric olunur. Bu da böyrəyə pis təsir edir. Digər tərəfdən yayılmış pnevmoniya bədəndəki oksigen miqdarının azalmasına gətirib çıxarır. Bu cəhətdən böyrəklərdə ikinci zədələnmə yaranır. Bir də əsas təsir edən infeksiyalardır. Ən çox infeksiyaya məruz qalan orqanlarımız burun-boğaz, ikincisi böyrəklərdir. Koronavirusun böyrəklərə vurduğu ən böyük zərər kəskin böyrək çatışmazlığıdır”.

Twitter:@cingizsafarli