Home Cəmiyyət Birinci Qarabağ müharibəsi qazisi, “Bayraq” ordenli kəşfiyyatçı Emin Orucov evində ziyarət edildi

Birinci Qarabağ müharibəsi qazisi, “Bayraq” ordenli kəşfiyyatçı Emin Orucov evində ziyarət edildi

458
0
SHARE

Böyük döyüş yolu keçmiş, Birinci Qarabağ müharibəsi qazisi, “Bayraq” ordenli kəşfiyyatçı Emin Orucovu deputat Elşad Mirbəşir oğlu evində ziyarət etdi. Qazi öz döyüş xatirələrindən – düşmən əsirini gətirərkən minaya düşüb ayağını itirməsindən, həmin əsirin meyiti ilə 3 kəşfiyyatçımızın nəşinin dəyişdirilməsindən düşmən postlarının dağıdılmasında və digər kəşfiyyat əməliyyatlarında iştirakından danışdı. Qazi böyük qürurla 1998ci ildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev tərəfindən layiqincə qiymətləndirildiyini, “Bayraq” ordeni ilə təltif edildiyini qeyd etdi.
Görüş əsnasında deputat onun problemləri və qayğıları ilə də maraqlandı.
Qazilərimizi ziyarət etməyin, onlara xüsusi qayğı göstərməyin onun üçün ən şərəfli vəzifə olduğunu vurğulayan deputat hər zaman öz səlahiyyətləri çərçivəsində onların problemlərinin həllinə çalışdığını və bundan sonra da yorulmadan çalışacağını bildirdi.