Home Cəmiyyət “Düşmənə casusluq edən şəxsin ifşası çox uğurlu əməliyyatdır”- ekspert…

“Düşmənə casusluq edən şəxsin ifşası çox uğurlu əməliyyatdır”- ekspert…

279
0
SHARE

… Deputat, təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, təhlükəsizlik orqanları üzərlərinə düşən vəzifəni uğurla həyata keçirməkdədirlər: “Müharibənin hərbi fazası bitib. Hazırda informasiya, diplomatiya səviyyəsində müharibənin içindəyik. Diasporamız xaricdə maraqlarımızın davasını aparır. Bugünkü dünyada informasiyaya sahib olan qalibdir.

Bu gün isə dünya informasiya ilə idarə olunur, informasiya ilə dünyanın təhlükəsizliyi qorunur, ona görə də böyük dövlətlərin hələ yalnız kəşfiyyata ayırdığı illik vəsait on milyardlarla hesablanır. Xüsusi xidmət orqanları istənilən dövlətin əsas sütunlarından biridir. DTX daha çox əks-kəşfiyyat fəaliyyəti ilə məşğuldur, amma dövlətin təhlükəsizliyi geniş anlamdadır, yalnız xarici kəşfiyyata qarşı görülən əməliyyat tədbirləri ilə məhdudlaşmır. Terrorla mübarizə, kütləvi etiraza səbəb ola biləcək fəaliyyət, həyati vacib obyektlərin qorunması, iqtisadi təhlükəsizlik, səhiyyə, təhsil təhlükəsizliyi, ekoloji təhlükəsizlik, vəzifəli şəxslərin tutduğu mövqedən sui-istifadə hallarına yol verməsi və sairə. 1970-ci il təvəllüdlü Aydın Zəki oğlu Zəkiyevin düşmənə casusluq etməsinin təsbiti, həbsi, əlbəttə ki, uğurlu əməliyyatdır. DTX-nın həyata keçirdiyi əməliyyatların çox cüzi bir hissəsi geniş ictimaiyyətə bəlli olur. Daha çox tamamlanmış işlər üzrə məlumat verilir. Bir daha qeyd edirəm ki, DTX-nın son 1 ildə başqa istiqamətlərdə də böyük uğurları var, sadəcə, məxfilik baxımından açıqlanmır. Amma bütün istiqamətlər üzrə xüsusi xidmət orqanlarımız fəaliyyətini fasiləsiz olaraq davam etdirir. 44 günlük müharibədən öncə də əks-kəşfiyyat tədbirlərini həyata keçirirdik. Əməliyyat şəraitinə nəzarət olunması üçün Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti öz işlərini görməkdədirlər. Azərbaycana qarşı kəşfiyyat-pozuculuq işi ilə məşğul olan şəxslərə, dini radikal, hərbi qruplaşmalara qarşı tədbirlər görülür. Əməliyyat şəraiti tam nəzarət altındadır”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”