Home Cəmiyyət Spiker brifinqdə iştirak edib – VİDEO

Spiker brifinqdə iştirak edib – VİDEO

271
0
SHARE
S.Qafarova: Azərbaycan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır.
Azərbaycan Avropa İttifaqı ölkələrindən biri olan Slovakiya ilə əlaqələrin inkişafında maraqlıdır.Bunu Slovakiyada səfərdə olan spiker Sahibə Qafarova bu ölkənin parlament sədri ilə keçirdiyi brifinqdə deyib. Sahibə Qafarova Milli Şuranın sədri Boris Kollarla görüşündə qarşılıqlı səfərlər, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə fikirlərini bölüşdüklərini bildirib. Spiker nəzərə çatdırıb ki, parlamentlərarası münasibətlərin inkişafı əlaqələrin dərinləşməsinə töhfə verəvcək. Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi, burada aparılan quruculuq işlərindən danışan Sahibə Qafarova Xocalı soyqırımının 30 illiyi ərəfəsində insanlığa qarşı törədilmiş bu cinayətə Slovakiya Parlamentinin də münasibət bildirməsi barədə istəklərini bölüşdüyünü qeyd edib.