Home Biznes və iqtisadiyyat xəbərləri Quba-Qonaqkənd yolunun yenidən qurulması turizmə necə təsir edəcək?

Quba-Qonaqkənd yolunun yenidən qurulması turizmə necə təsir edəcək?

225
0
SHARE

Quba-Qonaqkənd istiqaməti şimal region turizm üçün ən vacib istiqamətlərindən biridir.

Məsələ ilə bağlı turizm eksperti Kənan Hənifəyev bildirib ki, son illər şimal turizmi üzrə əsasən Şahdağ qış yay turizm kompleksi daha çox populyarlıq əldə etmişdir: “Düşünürəm ki, Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin yekunlaşması turizmə də öz töhfəsini verəcək. Çünki bu istiqamət turistlərin sevimli istirahət edə biləcək yerlərdən biridir. Qonaqkəndin abadlaşdırılması və gələcəkdə infrastrukturlaşdırılmasi turist axının daha artmasına səbəb olacaq. Quba şəhəri turizmin çox istiqamətli destinastiyasıdır. Burada həm tarixi mədəni ekoloji təbiət və qastronomiya aid turların təşkili turistlərin böyük marağına səbəb olur”, – turizm eksperti deyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

Trend xəbər verir ki, 46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.