Home Biznes və iqtisadiyyat xəbərləri “Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb – Əli Hüseynli

“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb – Əli Hüseynli

208
0
SHARE

“Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli parlamentin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ə.Hüseynli bildirib ki, bundan sonrakı dövrdə parlament media ilə təmasda olacaq.

“Bu qanun layihəsi üç oxunuşda Milli Məclisdə qəbul ediləcək. Qanun layihəsinin qəbulu dövründə biz media ilə əməkdaşlığımızı elə edəcəyik ki, qanunvericilik baxımından mükəmməl bir qanun layihəsi qəbul olunsun”, – deyə Ə.Hüseynli bildirib.