Home Biznes və iqtisadiyyat xəbərləri Ankara – Yerevan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edə bilər...

Ankara – Yerevan münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edə bilər – Zaxarova

173
0
SHARE

Ankara ilə Yerevan arasında münasibətlərin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına kömək edə bilər.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

“Ermənistan-Türkiyə münasibətlərinin normallaşması regionda ümumi vəziyyətin sağlamlaşdırılmasına, sağlam etimad və mehriban qonşuluq mühitinin formalaşmasına xidmət edə bilər. Bu baxımdan, biz Ankara ilə Yerevan münasibətlərinin normallaşma məsələsinin müzakirəsi üçün ikitərəfli dialoqu işə salmaq niyyətini alqışlayırıq. Bu məqsədlə tərəflərin xüsusi nümayəndə təyin etməsi məntiqli və ağıllı addımdır. Biz öz tərəfimizdən bu prosesə hər cür kömək göstərməyə hazırıq”, – deyə o bildirib.