Home Biznes və iqtisadiyyat xəbərləri Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünə münasibət bildirib

Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünə münasibət bildirib

192
0
SHARE

Biz Azərbaycanla Ermənistan arasında birbaşa təmasların davamını alqışlayırıq.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşünü şərh edərkən deyib.

“İki liderin görüşü dünən baş tutub, hazırda görüş haqqında məlumatlar daxil olmaqdadır. Ekspertlərimiz onları təhlil edir. Hesab edirik ki, Brüssel müzakirələrinin yekunları Azərbaycan, Ermənistan və Rusiya liderlərinin əvvəlki görüşlərdə əldə olunmuş üçtərəfli razılıqların reallaşdırılmasına kömək göstərəcək”, – deyə M.Zaxarova bildirib.