Home Biznes və iqtisadiyyat xəbərləri Fransa və Rusiya İrəvanla Bakı arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımları dəstəkləyəcəklər

Fransa və Rusiya İrəvanla Bakı arasında etimadın möhkəmləndirilməsi istiqamətində atılan addımları dəstəkləyəcəklər

176
0
SHARE

Fransa prezidenti Emmanuel Makron və Rusiya prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığı zamanı tərəflər Ermənistan və Azərbaycan arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş addımları dəstəkləməyə razılaşıblar.

Bu barədə iki ölkə liderlərinin telefon danışığının yekunları üzrə Yelisey Sarayından bildiriblər.

“Ermənistanla Azərbaycan arasında gərginlik məsələsi ilə bağlı Fransa dövlət başçısı prezident V.Putinlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (Rusiya, ABŞ və Fransa) etimad tədbirlərinin təşviqi istiqamətində səylərini müzakirə edib”, – deyə Fransa prezidentinin mətbuat xidmətinin açıqlamasında deyilir.

Qeyd edilir ki, Fransa və Rusiya prezidentləri bu cür tədbirlərin mümkün qədər tez həyata keçirilməsi üçün nüfuzlarından istifadə etmək barədə razılığa gəliblər.