Home Biznes və iqtisadiyyat xəbərləri Milli Məclisin deputatı Arzu Nağıyev payız sessiyasının iclasında çıxış edib

Milli Məclisin deputatı Arzu Nağıyev payız sessiyasının iclasında çıxış edib

215
0
SHARE
Dekabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 17 məsələ daxil edilib. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, sənədin birinci oxunuşu zamanı geniş məlumat verilib, səsləndirilən fikir və rəylər nəzərə alınıb və layihə ikinci oxunuş üçün plenar iclasa tövsiyə olunub. Sənədə əsasən DTX tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlət büdcəsinə ödənilən vəsaitlərin 5 faizinin bu qurumun əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulub. Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.