Home Biznes və iqtisadiyyat xəbərləri Dünyada lider böhranı yaşanır, Azərbaycan isə Prezident İlham Əliyev sayəsində istisna təşkil...

Dünyada lider böhranı yaşanır, Azərbaycan isə Prezident İlham Əliyev sayəsində istisna təşkil edir – Latviyanın sabiq prezidenti

202
0
SHARE

Dünyada lider böhranı müşahidə olunur, Azərbaycan isə Prezident İlham Əliyev sayəsində istisna təşkil edir.

Bunu Latviyanın sabiq prezidenti Valdis Zatlers deyib.

“Tez-tez deyirlər ki, dünyada liderlər çatışmır. Azərbaycanda isə müstəsna haldır. Əgər lider ağıllı, təcrübəli və lazımi anlarda və lazımi şəkildə qərar qəbul etməkdə cəsarətlidirsə, o zaman hər şey alınacaq. Bu, uğurun zəmanətidir”, – deyə sabiq prezident bildirib.

V.Zatlers, həmçinin Prezident İlham Əliyevin pandemiya və ölkələr arasında vaksinlərin qeyri-bərabər paylanması ilə mübarizədə rolunu qeyd edib.

“Mən Prezident İlham Əliyevin bütün ölkələrin vaksinlərə bərabər çıxış imkanlarının təmin olunmasında oynadığı rolu alqışlayıram. Pandemiya ölkələri böldü: özünü təcrid edən ölkələr və əməkdaşlığa gedən, həmrəylik göstərən, yardım edən ölkələr. Bu ölkələrdən biri də Azərbaycan oldu”, – V.Zatlers deyib.

Onun sözlərinə görə, bütün bunlar ölkənin nüfuzunu artırır.

“Digər dövlətlər, beynəlxalq təşkilatlar onlardın dərdini başa düşən ölkəyə daha çox hörmət etməyə başlayır. Azərbaycanın nüfuzu artır. Bu, Prezident İlham Əliyevin çox düzgün və vaxtında verilmiş qərarı idi və mən bundan heyranlıq duyuram”, – deyə o fikrini tamamlayıb.