Home Biznes və iqtisadiyyat xəbərləri “Bakıda Tağıyevin heykəlini görmək məni sevindirir”

“Bakıda Tağıyevin heykəlini görmək məni sevindirir”

210
0
SHARE

“Bakıda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması çox mühüm, hər bir azərbaycanlının ürəyindən xəbər verən addım oldu”.

 

Bunu tan.az-a Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib. Komitə sədri Prezident İlham Əliyevin heykəlin açılış mərasimində şəxsən iştirakı və ürək sözlərini ifadə etməsi Tağıyevin Azərbaycan üçün gördüyü işlərə yüksək dəyərinin nümunəsidir:

 

“Cənab prezidentin təşəbbüsü ilə Tağıyevin Bakının mərkəzində heykəlinin ucaldılması insanlar tərəfindən rəğbətlə qarşılanan çox mühüm addım oldu. Hacı Zeynalabdin Tağıyev Azərbaycan üçün xeyriyyəçiliyin simvoludur. O Bakı milyonçusu olmasına baxmayaraq, daima xeyriyyəçilik tədbirləri ilə insanlara əl tutmaqla, onlara kömək etməklə şöhrət qazanmış və Azərbaycan xalqının milli mənəvi dəyərlərini, mənəvi keyfiyyətlərini dünyaya tanıtmış insandır. O xeyriyyəçilik tədbirlərini tək Azərbaycanda həyata keçirməyib, bir çox ölkələrə də maddi yardımını göstərib. O dövrdə geniş yayılmış vəba xəstəliyindən əziyyət çəkən Pakistan xalqına Tağıyevin göstərdiyi diqqət və yardım bu gün də unudulmur. Pakistanlılar bu yaxşılığı dəfələrlə çıxışlarında qeyd ediblər. Bu qardaşlığın, həmrəyliyin nümunəsidir ki, indi də Pakistan Azərbaycana qardaş olduğunu hər əməli ilə sübut edir.

 

Hacı Zeynalabdin Tağıyev bir çox azərbaycanlı ziyalının, tələbələrin xaricdə təhsil almasına, Bakıda qızlar məktəbinin açılmasına, çoxsaylı əhəmiyyətli binaların tikintisinə yardım edib. Ölkə başçısı Tağıyevin bu xeyriyyəçilik əməllərini yüksək səviyyədə qiymətləndirdiyini qeyd etdi, onu müasir dövrün xeyriyyəçilərinə də nümunə göstərdi. Bakıda Tağıyevin möhtəşəm heykəlini görmək bir vətəndaş kimi məni də sevindirir. Çünki sovetlər dövründə Tağıyevin xeyriyyəçilik tədbirləri kölgədə qaldı, ailəsinə təqiblər edildi, yoxsulluğa düçar edildilər. Lakin haqq ədalət bu gün yerini tapır. Bu haqqın bərqərar edilməsində ölkə rəhbərinin böyük rolu var. Və bunun təşəbbüskarı prezidentimizdir. Mərdəkanda Tağıyevin ev muzeyinin açılması, vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə mühüm işlər görməsi də tək mərdəkanlıların deyil, bütün Azərbaycan xalqının ürəyindəndir”.