Home Cəmiyyət Təhlükəsizlik orqanlarının veteranları Şəhidlərimizi yad etdilər…

Təhlükəsizlik orqanlarının veteranları Şəhidlərimizi yad etdilər…

196
0
SHARE
20 yanvar

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şəhid qanları ilə Azərbaycan tarixinə şanlı səhifə yazıldı. 20 Yanvar bu tarixin həm kədər, həm də qürur doğuran səhifəsidir.

Azərbaycan təhlükəsizlik orqanlarının bir qrup veteranı 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, Şəhidlərimizin unudulmaz və müqəddəs xatirəsini dərin hüznlə yad ediblər.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından, keçmiş SSRİ rəhbərliyinin qərəzli siyasətindən hiddətlənərək küçə və meydanlara axışan dinc insanlara 1990-cı ilin yanvar günlərində qanlı divan tutuldu. Heç bir xəbərdarlıq edilmədən Bakıya, eləcə də Azərbaycanın bir sıra bölgələrinə yeridilən Sovet ordu hissələri 147 nəfəri amansızcasına qətlə yetirdilər. Hadisələr zamanı 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu.Bu qanlı hadisələrin ertəsi günü – yanvarın 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiya rejiminin respublikamızda həyata keçirdiyi qanlı aksiyasını qətiyyətlə pislədi. Ulu Öndərin bu addımı xalqımıza dayaq və təsəlli oldu.20 Yanvar faciəsinə dövlət səviyyəsində ilk siyasi-hüquqi qiymət də dahi şəxsiyyət Heydər Əliyev tərəfindən verildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin sosial müdafiəsi gücləndirildi.