Home Cəmiyyət Azərbaycan polisinin ləyaqətli addımı…

Azərbaycan polisinin ləyaqətli addımı…

442
0
SHARE

Azərbaycan Polisinin peşə bayramında tan.az-a  ünvünlanan bir məktub diqqətimizi cəlb etdi. Məktub Tacikistan Respublikasından olan sürücüdən daxil olmuşdu. Rus dilində yazılan məktubda Tacikistan vətəndaşı olan sürücü  Şerboev Tohircon Tursunoviç Azərbaycan polisinin peşə bayramını təbrik edir və poliş əməkdaşı  Abduləliinin ona göstərdiyi köməkdən bəhs edir , öz təşəkkürünü bildirirdi. Tohirconun yazdığına görə beynəlxalq yükdaşıma ilə məşğul olur və Azərbaycan ərazisində avtomobili xarab olur,bir ay yarım bir vaxt ərzində avtomobilinin təmiri ilə məşğul olub. Bu zaman ərzində Azərbaycan Dövlət Yol Polisinin Abduləli adlı əməkdaşı təmənnasız olaraq ona daima ərzaq və digər lazımi əşyalarla ,eyni zamanda maddi və mənəvi dəstək olub.Məhz buna görə də Polisin peşə bayramında Abduləli və bütün polis əməkdaşlarını təbrik edir və minnətdarlığını bildirir.Apardığımız araşdırma nəticəsində məlum oldu ki, həmin polis  Azərbaycan Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisinin əməkdaşı polis kapitanı Əbdüləli Səfərovdur və idarə etdiyi patrul avtomobilinin də dövlət nömrə nişanı 99YP798 –dir. Belə humanist addımlarına və Azərbaycan Polisinin adını yüksək tutduğuna görə biz də öz tərəfimizdən kapitan Əbdüləli Səfərova öz minnətdarlığımızı bildirirk.

Sürücünün məktubunu da heç bir redaktə etmədən təqdim edirik…

Уважаемые друзья работники полиции Азербайджана.

От всей души поздравляю вас с днѐм работников полицииАзербайджана. Желаю вам крепкого здоровое личного счастье и долгих лет жизнь.Я никогда не забуду вашу доброту когда у меня были трудные дни когда у меня сломалсь машина я не мог ничего делать.Благодаря Абдул-али сотрудника дорожный полиции у меня появились надежда что я подчиню машину и отправлюсь домой .Он меня поддержал и помогал во всём целых полтора месяца (1,5месяца).Мы уверены что в дальнейшем укрепим дружбу От имени народа Таджикистана поздравляем всех сотрудников полиции Азербайджана .

 С уважением Шербоев Тохирджон Турсунович номер тел: +992927754505