Home Gündəm Fərid Şəfiyev: Şuşa konfransının gündəliyindəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa...

Fərid Şəfiyev: Şuşa konfransının gündəliyindəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakıdır

194
0
SHARE

Gündəlikdəki əsas məsələ türk dövlətlərinin Qarabağda aparılan bərpa və quruculuq işlərində iştirakı ilə bağlıdır.

TAN.AZ xəbər verir ki, bunu BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev iyulun 3-də Şuşada keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin beyin mərkəzlərinin konfransında söyləyib.

Bu toplantının növbədənkənar konfrans olduğunu diqqətə çatdıran F.Şəfiyev deyib: “Bizim Özbəkistanda keçiriləcək növbəti konfransımızda TDT-nin zirvə görüşü də təşkil ediləcək”.

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfərindən danışan BMTM-nin İdarə Heyətinin sədri bu yaxınlarda Azərbaycan, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərin ilk üçtərəfli görüşü keçirildiyini qeyd edib və görüşün yekununda birgə Bakı Bəyannaməsinin imzalanmasının əhəmiyyətini vurğulayıb.