Home Gündəm XİN: Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyanın üçüncü görüşü yaxın vaxtda keçiriləcək

XİN: Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyanın üçüncü görüşü yaxın vaxtda keçiriləcək

127
0
SHARE

Astanada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin görüşündə, eyni zamanda, Azərbaycanla Ermənistan arasında normallaşmanın müxtəlif istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

TAN.AZ xəbər verir ki, kommunikasiyaların açılması ilə bağlı üçtərəfli işçi qrupunda indiyə qədər aparılmış danışıqlar zamanı əldə edilmiş tərəqqi əsasında praktiki işə başlamağın vacib olduğu nazir Ceyhun Bayramov tərəfindən qeyd edilib.

Delimitasiya üzrə komissiyaların artıq yaradıldığını, indiyə qədər iki görüşün keçirildiyi bildirilib. Üçüncü görüşün yaxın zamanlarda keçirilməsi nəzərdə tutulduğu diqqətə çatdırılıb. Azərbaycanın bu prosesdə işin konkret istiqamətlər üzrə aparılmasının tərəfdarı olduğu bildirilib.