Home Gündəm “Qanunverici orqanın legitimliyinə xələl gətirmək kökündən səhvdir” – Arzu Nağıyev

“Qanunverici orqanın legitimliyinə xələl gətirmək kökündən səhvdir” – Arzu Nağıyev

134
0
SHARE

“Azərbaycan xalqı daim hüquqi, demokratik, dünyanın sivil toplumu olaraq güvəndiyi, öz taleyini etibar etdiyi legitim siyasi hakimiyyəti və parlamentini məhz demokratik, azad, şəffaf seçkilər yolu ilə – müstəqil, azad iradə əsasında seçmək əzmini nümayiş etdirmişdir. Bu dəyərlərə də öz subyektiv yanaşmaları ilə heç kimin zərrə qədər belə kölgə salmağa haqqı yoxdur. Hər kəs öz adına danışsa daha yaxşı olar.Buna qiyməti öz seçimini etmiş seçicilər verə bilər. Bir sözlə belə yanaşmanı kökündən yanılış hesab edirəm və kimliyindən asılı olmayaraq verdiyi bəyanatları ölçüb biçməsini tövsiyyə edirəm. Belə məsələdə hər kəs öz məsuliyyətini dərk etməli , tək özü haqqında fikir yürütməlidir”.

Bunu TAN.AZ saytına açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev həmkarı Erkin Qədirlinin Azərbaycanda parlament seçkilərinin qeyri-demokratik keçirilməsi ilə bağlı fikirlərinə münasibət bildirərkən deyib.