Home Gündəm Britaniya parlamentinin nümayəndə heyəti Ağdama səfər edib

Britaniya parlamentinin nümayəndə heyəti Ağdama səfər edib

79
0
SHARE

Xəbər verildiyi kimi, Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, səfər çərçivəsində aprelin 6-da Böyük Britaniya nümayəndə heyətinin üzvləri işğaldan azad olunmuş Ağdam şəhərində olublar, burada Ermənistanın işğal zamanı Azərbaycan ərazisində törətdiyi vandalizmi öz gözləri ilə görüblər. Səfər zamanı qonaqlar Ağdam Cümə məscidi və Ağdam Dövlət Dram Teatrının qalıqları ilə tanış olublar.

Nümayəndə heyətinin üzvlərinə Ermənistanın müharibə cinayətləri, mədəni, tarixi, dini abidələri məhv etməsi, bu ərazilərə çoxlu sayda mina basdırması barədə ətraflı məlumat verilib. Onlara bildirilib ki, Ermənistanın işğal etməsinə qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın ən böyük, inkişaf etmiş şəhərlərindən idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, uçurub və yandırıblar. Erməni vandalları hətta Şəhidlər xiyabanlarını, qəbiristanlıqları da dağıdıblar. Qonaqlara işğaldan azad olunduqdan sonra burada həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verilib, onlara Ağdamın Baş planı göstərilib. Böyük Britaniya nümayəndə heyətinin üzvləri Ağdamda minatəmizləmə fəaliyyəti ilə məşğul olan ANAMA əməkdaşları ilə də görüşüblər.

Sonra Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü və Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən Ağdamda jurnalistlərə müsahibə verib, burada gördükləri barədə təəssüratlarını bölüşüb.

Ağdam səfəri zamanı Böyük Britaniya nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.

***

13:43

Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmənin rəhbərlik etdiyi nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri başlayıb.

TAN.AZ xəbər verir ki, Ağdama səfəri zamanı onu Azərbaycanın Birləşmiş Krallıqdakı səfiri Elin Süleymanov və Milli Məclisin deputatı Soltan Məmmədov müşayiət edir.

Səfərin əsas məqsədi​ 30 il müddətində Ağdamda erməni vandalları tərəfindən törədilən vəhşilik barədə qonaqlara məlumat vermək, həmçinin işğaldan sonra burada həyata keçirilən tikinti-quruculuq işlərinə dair Baş Plan ilə tanışlıq, Azərbaycanın əzəli torpaqları olan Qarabağın ölkəmiz üçün əhəmiyyəti, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaqdır.